Vüqar Rəhimzadə: "Bu, tariximizə, müstəqilliyimizin daha da möhkəmləndirilməsinə verilən böyük qiymətdir" AÇIQLAMA

16 May 2018 15:35 (UTC+04:00)

“Möhtərəm Prezidentimiz İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı Sərəncamı tarixi bir hadisədir. Bu, tariximizə, dövlətçiliyimizə, müstəqilliyimizin daha da möhkəmləndirilməsinə verilən böyük qiymətdir”. Bu sözləri SİA-ya açıqlamasında “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Vüqar Rəhimzadənin sözlərinə görə, AXC-nin 100 illiyi respublikamızla yanaşı, dünyanın bir çox ölkələrində təntənəli şəkildə qeyd edilir: “Bu, Azərbaycanın dövlətçilik ənənələrinin nə qədər qədim tarixə malik olduğunun göstəricisidir. Təbii ki, müasir dövlətçilik prinsipləri, dövlətin inkişafı, bugünkü qüdrətli müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Bu gün Ulu Öndərin siyasətini uğurla həyata keçirən cənab Prezidentimiz İlham Əliyev Azərbaycanın həm iqtisadi imkanlarını, həm də siyasi nüfuzunu dünyada durmadan artırmaqdadır. Azərbaycan getdikcə təkcə regionda deyil, beynəlxalq aləmdə iqtisadi gücünə, siyasi nüfuzuna görə aparıcı ölkələrdən birinə çevrilməkdədir. Bütün bunlar möhtərəm Prezidentimizin həyata keçirdiyi uğurlu siyasət, reallaşdırdığı qlobal layihələr sayəsində mümkün olub.