Anlaşma memorandumu imzalanıb

16 May 2018 14:10 (UTC+04:00)

AMEA akad Z.M Bünyadov adına Şərqşünaslıq İnstitutu ilə Şota Rustaveli adına Batumi Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb. AMEA-dan SİA-yaverilən xəbərə görə, sənəddə tərəflər arasında elm və təhsil sahələrində əməkdaslığın inkisafı, təcrübə və qaynaqların mübadiləsi, birgə elmi proqramların, araşdırmaların həyata keçirilməsi nəzərdə tutulur.

Memorandumu Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva və Batumi Dövlət Universitetinin rektoru, professor Merab Хalvaşi imzalayıblar.