ATƏT cəbhədə monitorinq keçirib

16 May 2018 13:58 (UTC+04:00)

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, mayın 16-da Xocavənd rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirilib. MN-dən SİA-ya verilən məlumata görə, monitorinq insidentsiz başa çatıb.