İntizam Komitəsindən sərt cəzalar

16 May 2018 13:18 (UTC+04:00)

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. SİA iclasda qəbul edilmiş qərarları nəzərinizə çatdırır:

12 may 2018-ci il, 2017/2018 mövsümündə, XXVI Topaz Premyer Liqasının XXVII turunun “Neftçi” – “Səbail” matçının 43-cü dəqiqəsində “Səbail” klubunun baş məşqçisi Samir Əliyev hakimlər briqadasını təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanır, klub 4000 manat cərimə olunur (maddə 42.3).
12 may 2018-ci il, 2017/2018 mövsümündə, XXVI Topaz Premyer Liqasının XXVII turunun “Zirə” – “Kəpəz” matçının 9-cu dəqiqəsində “Zirə” klubunun 8 №-li futbolçusu Milan Duriç aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 3200 manat cərimə olunur (maddə 38.3).
Oyunun 80-cı dəqiqəsində “Kəpəz” klubunun 11 №-li futbolçusu Kamran Abdullazadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur(maddə 48).
11 may 2018-ci il, 2017/2018 mövsümündə, Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXVII turunun “Sumqayıt” – “Qəbələ” matçının 82-ci dəqiqəsində “Qəbələ” klubunun 62 №-li futbolçusu Faiq Hacıyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
11 may 2018-ci il, 2017/2018 mövsümündə, Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXVII turunun “Keşlə” – “Qarabağ” matçında “Keşlə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur (maddə 40).
11 may 2018-ci il, 2017/2018 mövsümündə, Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXVII turunun “Neftçi” – “Səbail” matçının 79-cu dəqiqəsində “Səbail” klubunun 85 №-li futbolçusu Xaliq İbrahimov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 800 manat cərimə olunur (maddə 37.1).
11 may 2018-ci il, 2017/2018 mövsümündə, Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXVII turunun “Zirə” – “Kəpəz” matçının 88-ci dəqiqəsində “Zirə” klubunun 57 №-li futbolçusu Kənan Zülfiqarov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
11 may 2018-ci il, 2017/2018 mövsümündə, Azərbaycan I divizionun XXVII turunun “Binə” – MOİK matçında “Binə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).
Oyunun 37-ci dəqiqəsində “Binə” klubunun 85 №-li futbolçusu Renat Aşırov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 160 manat cərimə olunur (maddə 37.1).
13 may 2018-ci il U-16 qızlar Liqasının, ŞKGB – "Fidan" matçında ŞKGB komandasının heyətində yaş limitinin pozulmasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 51).
12 may 2018-ci il Yüksək qızlar Liqasının, "Veqa" – "Qubek" matçının 62-ci dəqiqəsində “Qubek” klubunun 8 №-li futbolçusu Leyli Qurbanova aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 38.3).
Oyunun 62-ci dəqiqəsində “Veqa” klubunun 5 №-li futbolçusu Gülnarə Əzizova aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 38.3).
15 may 2018-ci il, futzal üzrə Yüksək Liqanın “Xəmsə” – “Araz” matçında "Xəmsə" komandası iştirak etmədiyinə görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
13 may 2018-ci il, Region Liqasının “Sağan” – “Uğur” matçının 81-ci dəqiqəsində “Şağan” klubunun 10 №-li futbolçusu Fərhad İsgəndərov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
15 may 2018-ci il, Boulevard U-15 Liqasının “Vətən” – “Zirə” matçı başa çatdıqdan sonra "Vətən" klubunun baş məşqçisi İlqar Əliyev təhqiredici ifadələr işlətdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 42.1).
“Zirə” klubunun baş məşqçisi Cəfər Hüseynov oyunun hakimini təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanır (maddə 42.3).
12 may 2018-ci il, Boulevard U-15 Liqasının “Viləş” – “Qarabağ” matçının 31-ci dəqiqəsində "Qarabağ" klubunun 12 №-li futbolçusu Cavidan İzzətli sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).