15 nömrəli onbirillik musiqi məktəbinin daha bir uğuru FOTO

16 May 2018 13:00 (UTC+04:00)

Dahi bəstəkar Qara Qarayevin anadan olmasının 100 illik yubileyi Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə UNESCO-nun Parisdəki mənzil qərargahında təntənə ilə qeyd edilib. SİA-nın məlumatına görə, yubiley tədbiri böyük bəstəkarın əsərlərindən ibarət konsert proqramı ilə davam edib.

Fuad İbrahimovun dirijorluq etdiyi konsertdə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında böyük bəstəkarın əsərləri səsləndirilib.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Rauf Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbinin IV sinif şagirdi Prezident təqaüdçüsü Sədizadə Cəmil bu möhtəbər tədbirdə uğurla çıxış edib.