Vaqner Bundestimə dəvət almadığına görə ağladı

16 May 2018 12:51 (UTC+04:00)

"Bavariya"nın hücumçusu Sandro Vaqner məşq zamanı göz yaşlarını saxlaya bilməyib. SİA-nın məlumatına görə, 30 yaşlı forvard Almaniya yığmasının qarşıdakı dünya çempionatı üçün ilkin heyətinə salınmamasından məyus olub. Komanda yoldaşları və baş məşqçi Yupp Haynkes onu sakitləşdirməyə çalışıb. Haynkes bildirib ki, Yoahim Lövün qərarını başa düşə bilmir.

Qeyd edək ki, Bundestimin heyətinə Mario Qomez və Timo Verner kimi hücumçular dəvət alıb.