MEK-ə albom-kitab hədiyyə edilib FOTOLAR

16 May 2018 12:09 (UTC+04:00)

AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Azərmarka” şirkəti tərəfindən “Azərbaycan” adlı tematik markalar albom-kitabı hədiyyə edilib. SİA-nın məlumatına görə, şirkətin Azərbaycan və ingilis dillərində çap edilmiş ən son nəşri olan albom-kitabda “Azərbaycan təbiəti”, “Azərbaycan memarlığı”, “Azərbaycan – tolerantlıq məkanı”, “Azərbaycanın kosmosdan görüntüləri”, “Azərbaycan idmanı”, “Azərbaycan təsviri və dekorativ-tətbiqi sənət növləri”, “Azərbaycan musiqi alətləri”, “Azərbaycan mətbəxi” bölmələri yer alıb.

Azərbaycanın tarixini, mədəniyyətini, incəsənətini, milli adət-ənənələrini dünyada təbliğ etmək baxımından informativ dəyər kəsb edən albom-kitab MEK-in innovativ layihəsi olan Milli Rəqəmsal Yaddaş bazasına da daxil edilib.