Aparıcı verilişdə məşhurlara qurd yedizdirdi VİDEO

16 May 2018 17:07 (UTC+04:00)

Verilişlərin birində heç kimin gözləmədiyi an yaşanıb. SİA-nın məlumatına görə, şou xarakterli proqramın qonaqları müğənni Səidə Sultan, aktyor Tərlan Nur-Yaşar, aparıcı Aytən Səfərova olub. Hər dəfə qonaqlarla müxtəlif oyunlar keçirilən verilişdə proqram iştirakçıları aparıcı Mürsəl tərəfindən aldadılıb. Belə ki, Aytən, Səidə və Tərlan gözü bağlı halda yemək yedizdirib. Mürsəl onları aldadaraq qarşılarında dadlı yemək olduğunu deyib. Məşhurlar gözlərini açdıqda qurd yediklərini görüblər və qışqırmağa başlayıblar.

Verilişdən olan həmin görüntülər sosial şəbəkələrdə paylaşılıb. Aparıcının qonaqları aldatması izləyicilər tərəfindən pis qarşılanıb. Hətta Mürsəli sosial şəbəkə istifadəçiləri təhqir ediblər.

Həmin görüntüləri təqdim edirik: