“Sportinq”in azarkeşləri klubun bazasına hücum ediblər

16 May 2018 09:32 (UTC+04:00)

“Sportinq”in azarkeşləri komanda üzvlərinə hücum ediblər. SİA-nın məlumatına görə, 50 nəfər klubun bazasına hücum çəkib. Onlar baş məşqçi Jorje Jezusu, futbolçulardan Vilyam Karvalyu, Ruy Patrisiu və Bas Dostu təhqir ediblər.

Fanatlar kəmər, məşəl və metal əşyalarla komanda üzvlərinə xəsarət yetiriblər. Nəticədə Bas Dost başından ciddi zədə alıb. Xəsarət alanlar sırasında Yosip Mişiç və Rodriqo Battalya da var.