Ərdoğan İordaniya kralı və Malaziyanın Baş naziri ilə müzakirə aparıb

15 May 2018 23:02 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İordaniya kralı II Abdullah və Malaziya Baş naziri Mahathir Məhəmməd ilə telefon danışığı aparıb. Axar.az xəbər verir ki, liderlər ABŞ səfirliyinin Qüdsə köçürülməsi və Qəzza sərhəd zolağında İsrail hücumlarını müzakirə ediblər.

Tərəflər İsrailin son bir neçə gündə Qəzza sərhəd zolağında dinc fələstinlilərə qarşı hücumlarını qəti şəkildə qınayıblar.