İsrail səfiri Türkiyədən qovulub?

15 May 2018 20:18 (UTC+04:00)

İsrailin Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılıb. Axar.az xəbər verir ki, səfirin XİN-ə çağırılmasına səbəb kimi Qəzza zolağında yaşanan qanlı hadisələr göstərilib. Nazirlik səfirdən Türkiyəni tərk etməsini tələb edib.

Xatırladaq ki, ötən gün Qəzza zolağında baş verən qanlı hadisələr zamanı İsrail əsgərlərinin açdığı atəş nəticəsində 61 fələstinli həlak olub.