"Milan" Pepe Reynanı heyətinə qatıb

15 May 2018 20:04 (UTC+04:00)

"Milan" "Napoli"nin qapıçısı Pepe Reynanı heyətinə qatıb. Bu barədə klubun idman direktoru Massimiliano Mirabelli "Futbool İtalia" nəşrinə açıqlamasında deyib. Qeyd edək ki, Pepe Reynanın Neapol təmsilçisində 2015-ci ildən çıxış edirdi. İspaniyalı qolkiperin müqaviləsi başa çatdığından “Milan”a azad agent statusu ilə keçib.