Güləşçimiz bu gün AÇ-də medal görüşünə çıxacaq

15 May 2018 17:01 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, Makedoniyanın Skopje şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı keçirilir. SİA-nın məlumatına görə, ilk yarış günündə (14 may) 45, 51, 60, 71 və 92 kq çəki dərəcələrində sərbəst güləşçilər yarışıb. İlk gün güləşçilərimizdən yalnız Kənan Heybətov (45 kq) medal uğrunda mübarizə aparmaq şansı qazanıb. Kənan bürünc medal uğrunda qarşılaşmaya bu gün (15 may) çıxacaq. Onun rəqibi təsəlliverici görüşlərdən sonra məlum olacaq. Medal görüşləri saat 20:00-da başlayacaq.