Fələstin lideri xəstəxanaya yerləşdirilib

15 May 2018 16:22 (UTC+04:00)

Fələstin rəhbəri Mahmud Abbas xəstəxanaya yerləşdirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Ramallah xəstəxanasına yerləşdirilən M.Abbas qulağından əməliyyat olunacaq.

Əməliyyatdan bir neçə saat sonra o, xəstəxanadan buraxılacaq.