Xəbərdarlıq: Özünüzü babasildən qoruyun...

15 May 2018 05:16 (UTC+04:00)

Babasilin qarşısını almaq bu xəstəliyi müalicə etməkdən daha asandır. Çox sadə qaydalara əməl edən insan heç zaman bu xəstəliklə qarşılaşmayacaq. Beləliklə, babasilin profilaktikası:

1. Kiçik çanaq orqanlarına qanın axmasını artıran və burada durğunluq yaradan qidalardan imtina etmək lazımdır. Bu ilk növbədə duzsu, istiotlu, hisə verilmiş qidalara, müxtəlif turşulara və alkoqollu içkilərinə aiddir.

Qida lifləri ilə zəngin olan meyvə və tərəvəzlər bağırsaqların normal fəaliyyətini təmin edir və bu səbəbdən bu məhsullar daim insanın rasionunda olmalıdır.

Bundan əlavə bağırsaqların normal fəaliyyəti üçün mayenin lazım olan miqdarda qəbul edilməsi də çox vacibdir. Hər gün insan təxminən 1,5-2 l təmiz su içməlidir.

2. Xroniki qəbizlikdən əziyyət çəkən insanların əksəriyyətində gec və ya tez babasil inkişaf edir. Bu səbəbdən qəbizliklə daim mübarizə aparmaq lazımdır.

Yuxarıda qeyd etdiyimiz qida və maye qəbulu rejimi və həmçinin fiziki aktivlik sizi qəbizlikdən xilas edə bilər. Əgər bu kömək etməzsə, mütləq həkimə müraciət edin.

Yeri gəlmişkən, tək xroniki qəbizlik deyil, tez-tez təkrarlanan ishal da babasilin inkişafına təkan verə bilər.

3. Fiziki aktivliyin kifayət olmaması, uzun müddət ərzində oturmaq və ya ayaq üstə durmaqla bağlı olan iş fəaliyyəti (sürücü, ofis işçisi, bərbər, satıcı, ofisiant və s.) də babasilin inkişafına gətirib çıxarda bilər. Bu səbəbdən insan gün ərzində ən azı 1 saat ərzində piyada gəzməli, səhərlər sadə gimnastik hərəkətlər etməlidir və s. Üzgüçülük, gimnastika, fitnes, yoqa çox yaxşı kömək edir. Lakin ağır çəkilərin qaldırılması il bağlı olan idman növləri (bodibildinq və s.) babasilin inkişafına səbəb ola bilər.

Ofis işçisi hər 1 saat oturdudan sonra ayaq üstə durmalı, bir gədər gəzməli, sadə hərəkətlər etməlidir. Bu qanın ayaqlar və kiçik çanaq nahiyələrində durğunluğun qarşısını alır. Babasildən əlavə bu varikoz xəstəliyinin profilaktikasıdır.

Yumşaq kreslolardan imtina edin, daha bərk oturacaq seçin. Yumşaq isti kreslolar çox ziyanlıdır!

Sürücü 3 saatdan artıq sükan arxasında olmamalıdır, fasilələr etməlidir.

4. Daim ağır əşyaların qaldırılması və daşıması da babasilin inkişafına səbəb ola bilər. Xüsusilə bu qadınlar üçün ziyznlıdır (qadınlarda aralıq nahiyəsi və qarın boşluğu əzələləri kişilərlə müqayisədə daha zəif olur).

5. Şəxsi gigiyena qaydalarına riayət edilməsi də babasilin profilaktikasıdır. Bağırsaqların boşalmasından sonra anus nahiyəsini sərin su ilə yumaq lazımdır. Sərin su burada qan dövranını yaxşılaşdırır, damarların divarlarını bərkidir. İsti su bu məqsədlə istifadə olunmamalıdır.

Yumşaq çoxqatlı tualet kağızından istifadə edin. Rəngli, ətirli tualet kağızı yaxşı seçim deyil.

Heç vaxt defekasiyanı (bağırsaqların boşalması) saxlamayın. Bu çox ziyanlıdır. Əgər sizin iş tərziniz buna yol vermirsə və ya siz utanırsınızsa, çalışın defekasiyanı səhər, evdən çıxdıqdan əvvəl edin.

6. Babasilin profilaktikası üçün xüsusi fiziki hərəkətləri istifadə etmək olar. Ən sadə hərəkət - aralıq nahiyyəsinin və anusun əzələlərini bir neçə dəfə sıxın və daha sonra boşaldın. Qarın əzələlələrin möhkəmləndirilməsi də yaxşı kömək edir. Bunun üçün "velosiped", "qayçı" kimi hərəkətlər etmək, press nahiyyəsini möhkəmləndirmək lazımdır.

Artıq bu xəstəliyə düçar olmuş insan da yuxarıda sadaladığımız qaydalara əməl etməlidir ki, xəstəlik daha artıq inkişaf etməsin və fəsadlar verməsin.

Nəzərinizə çatdıraq ki, babasilin müalicəsi xəstəliyin səbəbini aradan qaldırmır, yalnız xəstəliyin simptomlarını (ağrılar, qanaxma, babasil düyünlərinin çölə çıxması və s.) yox edir. Bu səbəbdən əgər xəstə babasilə səbəb olan amilləri öz həyatından yox etməzsə, xəstəlik müalicədən bir müddət keçdikdə sonra yenə də inkişaf etməyə başlaya bilər.