Afrikada susuz 5 il yaşaya bilən balıq...

8 May 2018 07:04 (UTC+04:00)

Afrikada yemək və su olmadan 5 il yaşaya bilən balıq mövcuddur. Belə ki, balıq əlverişsiz vəziyyətə düşəndə sadəcə yuxuya gedir və ətrafında şirin su olmayana qədər oyanmır.

Müəyyən edilib ki, balıq 5 ilədək fəaliyyətsiz qala bilir. Canlının heyrətamiz bacarığı elm üçün böyük maraq kəsb edir. Alimlər kritik vəziyyətlərdə insanın həyat fəaliyyətinin dayandırılmasının mümkünlüyünü öyrənmək məqsədilə balıq üzərində araşdırmaya başlayıblar.