Xalqın inamı - İlham Əliyev

27 Aprel 2018 13:04 (UTC+04:00)

Aprel ayının 11-dən xalqımız böyük bayram içindədir. Çünki İlham Əliyevin 7 il müddətinə prezident seçilməsi ölkəmizdə və ölkəmizdən kənarda yaşayan azərbaycanlılar tərəfindən bayram edilməsi bunun bariz nümunəsidir. Cənab İlham Əliyevin prezident seçilməsinə sevinənlərdən biri də Siyəzən Poliklinikası baş həkiminin müavini, tanınmış cərrah həkim və çox maraqlı şair, üç şeirlər kitabının müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, dəyərli ziyalı, respublikamızın şimal bölgəsində yaxşı cərrah kimi böyük hörmət-izzət sahibi olan Firdovsi Ələmoğludur (Hacıyev). Firdovsi həkim prezident seçkiləri ərəfəsində böyük təbliğat kampaniyası apararaq Siyəzən rayonunda çox işlər görüb. Bu görüşlərdə o, həm həkim, həm şair və həm də İlham Əliyevin təbliğatçısı kimi həmişə xalqın arasında olub. Maraqlı, məntiqli çıxışları və Azərbaycan dövlətinə, dövlətçiliyinə, Ulu Öndər Heydər Əliyevə, prezident İlham Əliyevə həsr etdiyi şeirləri ilə insanlarda böyük maraq yaradıb.

Bu günlərdə onunla görüşdük və seçki ilə bağlı öz təəssüratlarını, niyə məhz İlham Əliyevin prezident seçilməsi ilə bağlı təbliğat aparması səbəblərini öyrənmək istədik. Bu haqda o, belə dedi:
- Mən lap cavanlıq illərindən ulu öndər Heydər Əliyevin vurğunu olmuşam. Çünki mən kasıb bir kəndli balası idim. Heydər Əliyev həmin vaxtı yenicə Azərbaycana rəhbərlik etməyə başlamışdı. Onun təşəbbüsü ilə indi lisey adı ilə tanınan, lakin həmin vaxtlar kimya, biologiya, riyaziyyat və digər elmlər üzrə təmalüllü məktəblər açıldı. Bakı şəhərində yerləşən bu məktəblərə Azərbaycanın hər yerindən ən savadlı şagirdlər seçilib göndərilirdi. Mən də Bakı şəhərində həmin kimya-biologiya təmayüllü məktəbin məzunu olmuşam. Bakının 8-ci kilometr qəsəbəsində yerləşən həmin məktəbin 1971-ci ildə ilk buraxılışı biz olmuşuq. Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi ilk illərdən elmə, təhsilə çox böyük önəm verirdi. Azərbaycanlı gənclərin ayrı-ayrı respublikalarda təhsil alması üçün bütün şəraitləri yaratmışdı. Bu gün Azərbaycanda demək olar ki, əsas aparıcı vəzifələrdə məhz keçmiş Sovetlər Birliyi respublikalarında təhsil almış çoxlu insanlar işləyir. Həmin vaxtlar ali məktəblərə qəbulda da yalnız biliyə qiymət verilirdi. Mən də heç bir təmənna olmadan Azərbaycan Dövlət Tibb İnstitutuna (indiki Azərbaycan Dövlət Tibb Universiteti - müəlf.) yüksək balla qəbul oldum. Həmin institutda oxuduğumuz illərdə də bizə yalnız biliyimizə görə qiymət verilirdi. Mən də yaxşı oxuyurdum. Ali məktəbi bitirəndən sonra da təyinatımı doğulduğum Siyəzən rayonuna verdilər. Burada da yaxşı həkim olduğumu görüb, mənə hər cürə şərait yaratdılar. Bax ona görə də lap cavan yaşımdan Heydər Əliyevin vurğunu olmuşam. Elə cavan yaşlarımdan da Ulu Öndərə şeirlər həsr etmişəm. Dahi rəhbər Heydər Əliyev SSRİ Nazirlər Sovetinin birinci müavini təyin olanda bütün Azərbaycan xalqı kimi mən də fəxarət hissi keçirmişəm. Moskvada işlədiyi dövrdə həmişə onun SSRİ üçün gördüyü işləri izləmişəm. Eləcə də xalqın istəyi ilə Azərbaycana ikinci dəfə rəhbərlik etdiyi vaxt ümummili liderin respublikamız üçün gördüyü böyük işləri saymaqla qurtarmaz...
2003-cü ildə dahi rəhbər dünyasını dəyişəndə inanın ki, mən böyük üzüntülərdə yaşadım. Onun dəfnində iştirak edəndə öz hisslərimi cilovlaya bilməyib ağlamışdım. Gələcəyimizin kimlərin əlində olacağını fikirləşib öz-özümə deyirdim: ”Doğrudanmı Azərbaycan başsız qalacaq?”. Çünki biz Ulu Öndərə qədər Azərbaycanın ağrı-acılarını çox çəkmişdik. Amma ondan sonra cənab İlham Əliyev prezident seçiləndə çox sevindim ki, Azərbaycanın sükanı yenə də layiqli, etibarlı əllərdədir. Cənab İlham Əliyev də 15 illik prezidentliyi dövründə ona olan inamı doğrultdu. Azərbaycan bu illərdə intibah dövrü yaşadı. Yadınızdadırsa Sovetlər dönəmində belə bir fikir vardı ki, rayon mərkəzləri də inkişaf etmiş şəhərlər olsun. Lakin bu, Sovetlər dönəmində bir fikir olaraq qaldı və reallaşmadı. Amma cənab İlham Əliyev 15 illik prezidentliyi dövründə həmin ideyanı reallaşdırdı.

İndi respublikamızda bütün rayonların mərkəzləri də yaraşıqlı şəhərlər olublar. Amma MDB məkanında heç bir respublikada bu ideya hələ həyata keçirilməyib. Azərbaycanda bu ideyanın reallaşması təqdirəlayiq haldır. Respublikamız günü-gündən çox inkişaf edir. İnsanların rifah halı yaxşılaşır. Kommunizm müasir həyatımızda bir xülya olsa da sözün məcazi mənasında biz artıq həmin inkişafa doğru gedirik. Təsəvvür edin ki, ətrafımızda olan ölkələrin çoxu bizi sevmir və imkanları olsa Azərbaycan adlı ölkəni yer üzündən silərlər. Amma cənab İlham Əliyev özünün müdrik, məqsədyönlü siyasəti ilə həmin ölkələri məcbur edir ki, onlar respublikamıza hörmətlə yanaşsınlar. Eləcə də dünyanın aparıcı ölkələri də məhz prezidentimizin sayəsində, onun beynəlxalq səviyyəli layihələri yüksək səviyyədə yerinə yetirdiyinə və ölkəmizdə böyük sabitlik olduğuna görə Azərbaycan haqqında xoş sözlər deyirlər. Dünyanın çox böyük iş adamları öz sərmayələrini məhz Azərbaycana yatırmaqla burada böyük işlər görürlər. Məhz buna görə də mən bu seçkilərdə böyük həvəslə təbliğat aparırdım. Hətta həmin görüşlərdə öz şeirlərimi də deyirdim. Həmin şeirlərdən biri “Ulu Öndər” adlanır. Şeir çox uzundur. Ona görə həmin şeirdən bir neçə bəndi demək istəyirəm.

Ulu öndər ulusan,
Ululardan ulusan.
İşinlə əməlinlə,
Gözəl dövran qurmusan!

Davamçındır İlhamın,
Mat qoyubdur bil hamın.
Sən getdiyin yolların,
O, gedecek davamın!

Tikir, qurur, yaradır,
Bakımız bir qaladır.
Çırmayıbdır qolunu,
Xarüqələr yaradır!

Atasının oğludur,
Yerişi qürurludur.
Görmədiyin işlərin,
Yerini o, doldurur!

Şəninə söz qoşurlar,
Mahnı bəstələyirlər,
Azərbaycan xalqımız,
Onu dəstəkləyirlər!

Edildi yeni seçim,
Birgə irəyə gəldik.
Yaxşı yaşamaq üçün,
Gələcəyə səs verdik!

And içirik qəbrinə,
Düşmənə bac vermərik.
Uyu ulu öndərim,
Hərəmiz bir əsgərik!

Gözləyirik əmrini,
Cənab Prezidentmizin.
Əzərik biz düşməni,
Əgər verərsə izin!

- Artıq İlham Əliyev böyük səs çoxluğu ilə yenidən 7 il müddətinə prezident seçildi. Bu 7 ildə cənab prezident Azərbaycan üçün hansı daha uğurlu işləri görəcək?
- İlk öncə o, bu illərdə gördüyü böyük, qurucluluq işlərini davam etdirəcək. Mən belə fikirləşirəm ki, rəhbər vəzifələrdə əyləşənlər arasında böyük seçim olacaq. Elə ölkənin Baş naziri vəzifəsinə Novruz Məmmədovun seçilməsi bu özü çox düzgün fikirdir. Cənab Novuz Məmmədov bütün bu illərdə Azərbaycan dövləti və dövlətçiliyi üçün böyük işlər görüb. İndi Baş nazir olandan sonra daha böyük işlər görəcəyinə mən bir ziyalı kimi çox inanıram. Cənab İlham Əliyev yeni sərəcmaları ilə çoxlu cavan insanlar nazirlər təyin olundu. İnanıram ki, bu 7 ildə ölkədə çoxlu kadr və struktur dəyişiklikləri olacaq. Süründürməçi, öz işinin öhdəsindən gələ bilməyən məmurlar işlərindən azad olunacaqlar. Cənab İlham Əliyevin sayəsində Azərbaycan nəhəng addımlarla irəliləyəcək. Bizim ən böyük problemli məsələmiz Qarabağdır. İnanıram ki, bu məsələ də tezliklə öz həllini tapacaq. Üçrəngli bayrağımız tezliklə Qarabağın bütün bölglərində dağlalanacaq. Mən beş il bundan qabaq, “O, mənim İlhamımdır” adlı şeir yazmışdım. Həmin şeir bu beş ildə həqiqətən özünü doğrultdu. Şeir belədir.

Ölkənin qüdrətini, millətin qeyrətini
bilə-bilə gəldi o,
Gələcəyin nurunu, xalqının uğrunu
görə- görə gəldi o,
İlahidən payımız, ən böyük imdadımız
biz deyirik hamımız,
Olacaq İlhamımız!

Doğuldu günəş kimi, bizi isitsin deyə,
Şəfəqlərini yaydı ki, gözümüz görsün deyə,
Son qoydu avamlığa, əbədi mütiliyə
Güvəncimdir, hayımdır
O mənim İlhamımdır!

Var- balaca ölkəsi, lakim ucadır səsi,
Qurur yaradır hər gün, tükənməzdir həvəsi,
Arxasında görür o, tanrını, müqəddəsi,
Güvəncimdir, hayımdır
O mənim İlhamımdır!

Uğurları günbəgün artır, çoxalır onun.
Başqa yolu getməyir, gedir Allahın yolu,
Əzəmətlə yeriyir, o, görür sağın, solun,
Güvəncimdir, hayımdır
O mənim İlhamımdır!

Döndəribdir ölkəni, böyük iqamətgaha,
Düşmən onu vurammaz, yaxın durmaz bir daha,
Ümüdlərlə boylanır, Azərbaycan sabaha,
İlham kimi qeyrətli, Mehriban tək ismətli,
Həm oğlu, həm qızı,
Onlar mənim payımdır,
Güvəncimdir, hayımdır

Əməli məşəl kimi, işıq saçır dörd yana,
O, gücünü göstərir, gücün bilməz hədyana,
Düşmən kimdir ki, onun qabağında dayana,
Alınmaz qaladır o, xarüqələr yaradır,
Güvəncimdir, hayımdır, sevincimdən payımdır,
O mənim İlhamımdır!
O mənim İlhamımdır!

- Seçkilər ərəfəsində düşmən dəyirmanına su tökən bir qrup adamlar seçkini baykot etmək istəyirdilər. Amma onların bu istəyi gözlərində qaldı. Siz bir ziyalı, tanınmız həkim və şair kimi bu haqda nə demək istərdiniz?
- Mən sözümün əvvəlində dedim ki, Azərbaycanı gözü götürməyən ölkələr çoxdur. Çünki əhalisinin sayı Azərbaycandan çox olan millətlər var ki, onların müstəqil dövləti yoxdur. Azərbaycan 1991-ci ildən özünün ikinci müstəqilliyini yaşayır. Birinci müstəqil dövlətimiz Azərbaycan Cümhuriyyəti cəmi 21 ay yaşaya bildisə, biz artıq 27 ildir ki, müstəqilik. Əgər 1993-cü ildə xalqın istəyi ilə ulu öndər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, mən qətiyyətlə deyə bilərəm ki, indi biz müstəqil ölkə deyildik. Azərbaycanı ən azından üç-dörd yerə böləcəkdilər. Elə müstəqilliyimizin ilk illərində Azərbaycanda böyük xaos hökm sürdüyünə görə ermənilər rusların köməkliyi ilə torpağımızın 20 faizini işğal etdilər. Əgər elə 1991-ci ildən Azərbaycanda hakimiyyətə dahi şəxsiyyət Heydər Əliyev rəhbərlik etsəydi, mən əminliklə deyə bilərəm ki, ermənilər bir qarış da torpaqlarımızı işğal edə bilməzdilər. Bu seçkiləri baykot etmək isəyənlərin çoxu bir vaxtlar Azərbaycana rəhbərlik ediblər. Onların vaxtında Azərbaycan vətəndaş qırğını ərəfəsində idi. Həmin vaxt ölkədə kreslo davası gedirdi. Yaxşı ki, xalqın istəyi ilə ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldi və ölkəni bu bataqlıldan çıxardı. Onlar hələ də dərk edə bilmirlər ki, xalq onları sevmir və onlar heç vaxt Azərbaycana rəhbərlik edə bilməzlər. Çünki xalqımız 1990-cı illərdəki xalq deyil. Onlar yaxşı ilə yamanı, pislə yaxşını, iş görənlə boş-boşuna danışanı artıq yaxş tanıyır. Ona görə də mən elə Prezident seçkilərinin səhəri günü, 12 aprel tarixində “Dönsün Azərbaycan cənnət məkana” adlı şeir yazmışam. Bu şeir də ölkəmizdə xaos yaratmaq istəyən, düşmən dəyirmanına su tökənlərə tutarlı bir cavabdır.

Böyükdür amalı, işi, əməli,
Ulu Öndərimdən gəlib təməli,
Çatır hər bir yana, uzundur əli,
Xalqının oğludur mənim İlhamım,
Ona köməkçidir Mehriban xanım!

Bir daha sınandı xalqın içində,
Qazandı etibar yenə seçimdə,
Ona heykəl qoydum mən öz içimdə,
Yaşasın xalqımın Qəhrəman oğlu,
Ulu Öndərindir getdiyi yolu!

Odur ilham verən oğula qıza,
Şanlı qələbəylə gəldik bu yaza,
Onun bənzəri var aya, ulduza,
Hər an işıq saçan kahkaşandır O,
Doğma millətinə şərəf, şandır O!

Dayaqsan, köməksən hər vətəndaşa,
Sənə arzum budur görüm min yaşa,
Uğurla vurasan hər ili başa,
Dönsün Azərbaycan cənnət məkana,
Şöhrəti yayılsın yenə hər yana!

Azadə MƏHƏMMƏDQIZI
Jurnalist-publisist