“Ermənistandakı etirazların əsas səbəblərindən biri ölkənin ağır sosial-iqtisadi vəziyyətidir”. Bunu APA-nın yerli bürosuna açıqlamasında Gürcüstan İnkişafının Kompleks Problemlərinin Araşdırılması Mərkəzinin direktoru, siyasi elmlər doktoru, professor Levan Metreveli deyib. O, Ermənistan iqtisadiyatında çox ciddi problemlərin olduğunu bildirib: “Bunu Ermənistan vətəndaşlarının ölkəni kütləvi şəkildə tərk etməsi də sübut edir. Gürcüstana da çoxlu sayda Ermənistan vətəndaşları axın edir. Ölkədə iqtisadi inkişaf xalqın maraqlarına və rifahına yönəlməyibsə, təbii ki, xalq kütləvi aksiyalarla narazılıq ifadə edəcək”.
Ekspert hesab edir ki, Ermənistanda hakimiyyətə elə qüvvə gəlməlidir ki, ilk növbədə qonşu ölkələrlə sülh və mehriban dostluq münasibətləri qura bilsin: “Azərbaycan kimi Gürcüstan da sülhsevər ölkədir. Ermənistan Azərbaycan və Gürcüstan arasındakı münasibətlərdən nümunə götürə bilər”.