Pentaqon rəhbəri: "Suriyada savaşı daha da genişləndiririk"

27 Aprel 2018 00:05 (UTC+04:00)

Pentaqon rəhbəri Ceyms Mettis ABŞ hərbi qüvvələrinin Suriyadan çıxarılmamasının səbəbini açıqlayıb. Axar.az xəbər verir ki, C.Mettis bildirib ki, İŞİD tam məhv edilməyənə qədər Amerika hərbçiləri bu ölkədən çıxmayacaq: "Region ölkələrinin dəstəyi ilə Suriyada savaşı daha da genişləndiririk".

Xatırladaq ki, hələ bir neçə ay öncə prezident Donald Tramp qoşunların yaxın zamanda Suriyadan çıxarılacağını açıqlasa da, sonradan sözlərini təkzib etmişdi.