Türkiyə və Rusiya S-400 müzakirəsində II mərhələyə keçdi

26 Aprel 2018 23:01 (UTC+04:00)

S-400 sistemlərinin Türkiyəyə satışı iki mərhələdən ibarətdir: Birincisi komplekslərin çatdırılması və yerləşdirilməsi, ikinci mərhələ isə hazırda müzakirə edilir. Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın Hərbi Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin rəhbəri Dmitri Şuqayev RİA-ya açıqlamasında deyib.

“Bu gün sözügedən sistemlərin yerləşdirilməsindən bəhs edirik. Burada təkcə S-400-lərin Türkiyəyə çatdırılması yox, eyni zamanda onların yerləşdirilməsi, təchizatı, yerli mütəxəssislərin bu işə cəlb edilməsidir. Eyni zamanda bu razılaşmanın ikinci mərhələsi müzakirə edilir. Texnoloji əməkdaşlığın inkişaf etdirilməsi...”, - deyə Şuqayev bildirib.