Karvaxal iki həftə yaşıl meydanlardan uzaq olacaq

26 Aprel 2018 23:19 (UTC+04:00)

Dünən UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin "Bavariya" ilə ilk oyununda zədələnən "Real"ın müdafiəçisi Daniel Karvaxalın durumuna aydınlıq gəlib. "Marca" nəşrinin yazdığına görə, bud nahiyyəsindən xəsarət alan ispan futbolçunun 2-3 həftə yaşıl meydanlardan kənarda qalacağı məlum olub. Bu isə o deməkdir ki, müdafiəçi La Liqanın 35-ci turunda "Leganes" və Çempionlar Liqasında "Bavariya" ilə cavab oyununu buraxacaq.