1 gündə 120 nəfərdən çox terrorçu öldürülüb

26 Aprel 2018 15:14 (UTC+04:00)

Ötən gün Əfqanıstanın hərbi hava qüvvələri ölkənin 12 əyalətində antiterror əməliyatı keçirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ölkənin Müdafiə Nazirliyinin açıqlamasında bildirilib ki, təyyarələr 131 uçuş həyata keçirib, 121 nəfər ölüb, 87 nəfər isə yaralanıb.

Əməliyyat zamanı yol infratsrukturuna ziyan dəyib.

Qeyd olunur ki, ölənlərdən 40 nəfəri "Taliban" radikal hərəkatının üzvü olub. 6 terrorçu isə saxlanılıb.