Təbrik edirəm!

26 Aprel 2018 12:14 (UTC+04:00)

Ulu Öndər Heydər oğludur İlham,
O, xalqın qəlbində qazanıb inam.
El-oba səs verir bu gün İlhama,
O, rəhbər seçilir Azərbaycana.

Dünyaya səs salan dövlətimizlə,
Fəxr edirik bu gün şöhrətimizlə.
O, yetirib bizi bu ağ günlərə,
Gülüstana dönüb hər dağ, hər dərə.

Bahar da dost kimi sıxır əlini,
Dillərdə səslənən nəğmələr kimi.
Bakımda yüksəlir uca binalar,
Firəvan yaşayır burda insanlar.

Biz YAP-ın yoluyla addımlayırıq,
Zamanın beynidir, gözüdür İlham.
Xalqına səadət, xoşbəxtlik verən,
Müdrik partiyanın özüdür İlham!

Mürsəlova Ofelya Mürsəl qızı,
ADPU-nun pedaqogika kafedrasının baş müəllimi