Salyanda 27 yaşlı oğlan özünü bıçaqlayaraq öldürüb

25 Aprel 2018 23:47 (UTC+04:00)

Salyan rayonunda qətlə yetirildiyi bildirilən şəxsin intihar etdiyi məlum olub. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, 1991-ci il təvəllüdlü Mirişov Seyidəli Mirvahub oğlu özünə bıçaqla xəsarətlər yetirib. 27 yaşlı oğlan xəstəxanaya aparılarkən yolda vəfat edib.