Nümayişçilər "Zvartnots" hava limanına gedən yolu bağladılar

25 Aprel 2018 16:03 (UTC+04:00)

Ermənistanda nümayişçilər "Zvartnots" beynəlxalq hava limanına gedən yolu bağlayıb. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, yolun bağlanması səbəbi ilə hava limanına gedənlər ayaqla getmək məcburiyyətində qalıblar.

Qeyd edək ki, müxalifət lideri Nikol Paşinyanın çağırışı əsasənda Ermənistanda gedən kütləvi nümayişlər bərpa olunub.