Peskov: "Kreml Ermənistandakı vəziyyəti diqqətlə izləyir"

25 Aprel 2018 15:09 (UTC+04:00)

Rusiya əvvəlki kimi Ermənistanda müxalifətin etiraz aksiyasını bu ölkənin daxili işi hesab edir və ümid edir ki, yaxın vaxtlarda problemin həlli üçün konsensus əldə olunacaq. SİA-nın verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, Kreml Ermənistandakı vəziyyəti diqqətlə izləyir.