Türkiyə XİN Trampa etiraz etdi

25 Aprel 2018 14:26 (UTC+04:00)

Türkiyənin Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Donald Trampın 1915-ci ildə Osmanlı dövlətində baş vermiş hadisələrin ildönümü ilə əlaqədar bəyanatında yer alan bəzi ifadələrin yanlış və subyektiv olduğunu bildirib və bununla bağlı etirazını ifadə edib.

Nazirliyin açıqlamasında bildirilir ki, ABŞ Prezidenti Donald Trampın haqqında bəhs etdiyi hadisələr zamanı erməni silahlı birləşmələri tərəfindən 500 mindən çox müsəlman qətlə yetirilib. Türkiyə bu hadisələrlə bağlı ortaq komissiyanın yaradılması və arxivlərin birgə araşdırılmasına dair səylər göstərib.