“Eşkiya dünyaya hükümdar olmaz”ın aktyoru Bakıya gəlir

25 Aprel 2018 16:20 (UTC+04:00)

Məşhur türkiyəli aktyor Levent Özdilek Azərbaycana gəlir. SİA-nın məlumatına görə, o, əməkdar artist Məlahət Abbasovanın "Məlahətli söhbətlər" verilişində qonaq olacaq.

Son günlər “Eşkiya dünyaya hükümdar olmaz” serialındakı “Pudra Hakkı” obrazı ilə daha da tanınan Leventin səfəri mayın 4-də gerçəkləşəcək.