UEFA “Panatinaikos”u 3 il avrokuboklardan kənarlaşdırılıb

25 Aprel 2018 11:38 (UTC+04:00)

UEFA Yunanıstanın “Panatinaikos” klubunu cəzalandırıb. SİA-nın məlumatına görə, klub 3 il müddətinə avrokuboklardan kənarlaşdırılıb. Buna Yunanıstan təmsilçisinin maliyyə feyr-pley qaydalarını pozması səbəb olub. "Yaşıl yoncalar" üstəlik, 100 min avro da cərimələnib.

Qeyd edək ki, 20 qat Yunanıstan çempionu olan “Panatinaikos” hazırda Super Liqanın turnir cədvəlində 7-ci yerdə qərarlaşıb.