“Musiqişünaslığın aktual problemləri” KONFRANS - FOTO

25 Aprel 2018 10:52 (UTC+04:00)

Azərbaycan Milli Konservatoriyasında (AMK) “Musiqişünaslığın aktual problemləri” mövzusunda magistr tələbələrin konfransı keçirilib. Konservatoriyadan SİA-ya bildirilib ki, AMK-nın elmi işlər üzrə prorektoru, professor Lalə Hüseynova tələbələrin sərbəst elmi yaradıcılığa cəlb edilməsi, yüksək ixtisaslı mütəxəssis hazırlığının keyfiyyətinin yüksəldilməsi və magistr dissertasiyasının müdafiə öncəsi işlərə baxılması məqsədilə təşkil olunan konfransın əhəmiyyətindən danışıb, onun istiqamətləri barədə məlumat verib.

Sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və AMK-nın magistr tələbələri məruzə ilə çıxış ediblər.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, müəlliflər onlara ünvanlanan sualları cavablandırıblar.