"ShamkirChess-2018"in iştirakçıları yeniyetmələr üçün seans keçiriblər - FOTOLAR

25 Aprel 2018 10:37 (UTC+04:00)

Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess-2018" superturnirinin iştirakçıları Şəmkirdə yerləşən Zəka Gənclər Mərkəzində yeniyetmələr və şahmat həvəskarları üçün seans keçiriblər. SİA-nın məlumatına görə, yeniyetmə şahmatçılarla görüşdə həmyerlilərimiz Şəhriyar Məmmədyarovla Rauf Məmmədov, eləcə də dünya çempionu Maqnus Karlsen, Rusiya təmsilçisi Sergey Karyakin, Çexiya qrossmeysteri David Navara iştirak edib.