“Bavariya”nın futbolçusu: “Ronaldonun zəif yeri yoxdur"

25 Aprel 2018 03:01 (UTC+04:00)

“Ronaldo atletdir. Siz bunu o qol vurandan sonra formasını soyunanda görə bilərsiniz”. Bu sözləri “Bavariya”nın futbolçusu Jerom Boatenq “Marca”ya açıqlamasında deyib. Almaniyalı müdafiəçi Çempionlar Liqasının yarımfinal mərhələsində qarşılaşacaqları “Real”ın lider futbolçusu Kriştiano Ronaldo haqda danışıb. O, portuqaliyalı hücumçunu saxlamağın çətin olduğunu bildirib:

“Ronaldonun zəif yeri yoxdur. Başı ilə, sağ və sol ayağı ilə qollar vurur. Ancaq “Real” təkcə Ronaldodan ibarət deyil, onlar komanda şəklində də güclüdür. Bununla belə, öz qələbəmizə inanırıq. Kifayət qədər güclü komandayıq ki, “Real”a qalib gələk”.

Almaniya millisinin üzvü ötən mövsüm yarımfinalda "Real"a uduzaraq mübarizəni dayandırdıqlarını da xatırladıb: "Hamımız bilirik ki, bəxtimiz gətirməmişdi. O zaman nəticə ədalətsiz olmuşdu. Ancaq indi əla şansımız var".