İqor Tüdor "Udineze"nin baş məşqçisi oldu

25 Aprel 2018 00:48 (UTC+04:00)

"Qalatasaray"ın sabiq çalışdırıcısı İqor Tüdor karyerasını İtaliyada davam etdirəcək. Xorvatiyalı mütəxəssis "Udineze"nin baş məşqçisi təyin olunub. O, bu vəzifədə bir müddət istefaya göndərilən Massimo Oddonu əvəzləyib. 40 yaşlı məşqçi ilə 2018-2019 mövsümünün sonuna kimi müqavilə imzalanıb. Qeyd edək ki, Tüdor ötən ilin sonlarında "Qalatasaray"dan istefaya göndərilmişdi.