Binəli Yıldırım: "AŞPA öz işinə baxsın"

25 Aprel 2018 00:06 (UTC+04:00)

AŞPA öz işinə baxsın. Seçkiləri onlar deyil, biz keçirəcəyik. Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Baş naziri Binəli Yıldırım ispan həmkarı Mariano Rajoyla görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.

“AŞPA “seçkilər təxirə salınsın” demək əvəzinə, terrorçubaşı Saleh Müslümü danışdırmasın. S. Müslümün AŞPA-da himayə edilməsi heç bir dəyərlə uzlaşmır”, - deyə Yıldırım bildirib. Qeyd edək ki, AŞPA Türkiyədə keçirilən növbədənkənar seçkilərin təxirə salınması tövsiyəsi etmişdi.