Şəmkirdə ağır yol qəzası olub, 2 nəfər ölüb

25 Aprel 2018 02:38 (UTC+04:00)

Şəmkirdə ağır yol qəzası baş verib. APA-nın verdiyi məlumata görə, hadisə rayonun Düyərli kəndi ərazisində qeydə alınıb. Rayon mərkəzində keçirilən toy mərasiminə gedən Sabirkənd kənd sakinlərinin olduğu “VAZ-2106” markalı avtomobil yoldan çıxaraq maneəyə çırpılıb.

İlkin məlumata görə, qəza nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.