Serjik ölkədən qaçmağa hazırlaşır

24 Aprel 2018 18:51 (UTC+04:00)

Yaxud, Ermənistandakı mövcud vəziyyətin kökündə təcridolunma amili də dayanır

Cəmi, bir həftə öncə Ermənistanda güc üstünlüyü qurama siyasi oyunları ilə özünü baş nazir seçdirmiş Serj Sarkisyanda isi. Lakin onun bu vəzifədə qalması Nikol Paşinyanın liderlik etdiyi hərəkat sayəsində laxladı və çökdü. İndi, güc məhz müxalifətdədir ki, kütləvi xalq etirazı bu gücün özəyini təşkil edir. Lakin, ilk başdan onu da deyə bilərik ki, Ermənistanda çərçivədən çıxan mövcud siyasi vəziyyət bu ölkənin bir sıra məsələlərdə təcrid olunmasının təsdiqi idi. Daha dəıqiq desək, bu gün Ermənistanın siyasi-iqtidsadi tənəzzülə uğraması bilavasitə Azərbaycanın gücü ilə əlaqələndirilə bilər. Uzun illərdir ki, aparılan işğalçılıq siyasətinin məntiqi nəticəsi də bu cür olmalı idi və oldu da.

Onun ölkədən qaçmaması üçün də tədbirlərin görüldüyü deyilir

Yeri gəlmişkən, zaman-zaman xaricdəki erməni diasporunun dəstəyini alaraq hakimiyyətini əlində saxlayan Serj Sarkisyan bu dəfə aldığı zərbəsini bilavastidə diaspora tərəfindən də qazandı. Çünki diaspora bu dəfə məhz müxalifəti dəstəklədi. Əbəs deyil ki, hadisələrin nüvəsi paytaxt Yerevan idisə sonradan bölgələrə də sıçrayan etiraz dalğaları bilavasitə doasporanın maliyyə dəstəyi ilə mümkün oldu. Bu baxımdan, deyə bilərik ki, Sarkisyanın son ümidi də əlindən verilmiş oldu.

Artıq belə bir söz-söhbətlər gəzməkdədir ki, Serj Sarkisyan gizlənir və ola bilsin, ki, ölkədən qaçmaq planını düşünür. Ancaq onun ölkədən qaçmaması üçün də tədbirlərin görüldüyü deyilir. Belə ki, N.Paşinyan S.Sarkisyanın bu vaxta qədər erməni xalqının və ölkəsinin başına gətirdiyi oyunlara görə cavab verəcəyini bəyan edib. Hətta müəyyən siyasi məsələlər yoluna qoyulduqdan sonra, məhkəmənin

keçiriləcəyini də bildirən Paşinyan Sarkisyan da daxil olmaqla, onunla bir olan digər şəxslərin də qanun qarşısında cavab veriləcəyi istisna edilmir.

Beləliklə, fakt budur ki, Ermənistanda mövcud vəziyyət davam edəcək və çalxalanmaların da başa çatacağını demək olmaz. Çünki hazırkı hakimiyyət bir sıra rıçaqları əıində saxlamaq üçün Paşinyanla dialoqa gediləcəyini bəyan edir. Ancaq Paşinyan Sarkisyanın istefaya getməmişdən qabaq apardığı danışıqda dialoq etmədiyini və yalnız istefa qərarını qəbul edəcəyini bildirmişdi. Bu baxımdan, dialoq mümkünlüyü grünmür. Belə olan halda, qarşıda Ermənistanı daha kəskin qarşıdurmalar gözləyir.

Rövşən RƏSULOV