Makron Trampla birgə ağac əkib

24 Aprel 2018 14:49 (UTC+04:00)

Fransa prezidenti Emmanuel Makron Donald Tramp ilə görüşüb.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Makron ABŞ-a səfəri zamanı amerikalı həmkarı ilə bir araya gəlib.

Fransalı lider xanımı ilə birlikdə Ağ evin bağçasına səyahətə çıxıb. Günün ən maraqlı hadisəsi Makronun görüşün şərəfinə bağçaya ağac əkməsi olub. Donald Tramp isə öz növbəsində ona kömək edib.