Gimnastımız "AGF Junior Trophy" turnirində qızıl medal qazandı

24 Aprel 2018 14:38 (UTC+04:00)

Azərbaycan gimnastı Arzu Cəlilova gənc bədii gimnastların iştirakı ilə Milli Gimnastika Arenasında keçirilən "AGF Junior Trophy" adlı beynəlxalq turnirdə lentlə hərəkətlərdə qızıl medal qazanıb. SİA-nın məlumatına görə, idmançımız 15,850 xal toplayıb.

Bu növdə gümüş medalı Rusiya təmsilçisi Lala Kramarenko (15,700 xal), bürünc medalı isə Bolqarıstan gimnastı Tatyana Volojanina (15,6000 xal) qazanıb.