Ərdoğan Özbəkistana səfər edəcək

24 Aprel 2018 14:28 (UTC+04:00)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mayın əvvəlində Özbəkistana səfər edəcək. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, səfər öncədən planlaşdırılıb.

Səfər çərçivəsində türkiyəli liderin özbəkistanlı həmkarı ilə iki ölkə arasında münasibətlərin inkişafı perspektivlərini müzakirə edəcəyi bildirilir.