Yeni medal təsis edildi

24 Aprel 2018 12:57 (UTC+04:00)

Milli Məclis "Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018)" yubiley medalını təsis edib. SİA-nın xəbərinə görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik layihəsi müzakirə olunub.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.