Efirdə görünməmiş biyabırçılıq VİDEO

24 Aprel 2018 13:20 (UTC+04:00)

"Lider" telekanalında canlı yayımlanan "Yarasa" proqramında Azərbaycan efirində görünməmiş hadisə baş verib.

SİA-nın məlumatına görə, Könül Yusifqızının aparıcılığı ilə təqdim olunan verilişdə efir mədəniyyətinə uyğun olmayan ifadələr işlədilib, dialoqlar aparılıb.

Verilişin aparıcısı öncə "şey" sözü ətrafında danışaraq qəribə şəkildə qəhqəhə çəkməyə başlayıb. Daha sonra isə qonaqlardan biri, Gülya Bakinskaya adlı müğənni çıxış edərkən "mən başlasam, türkün məsəli qurtarmaq bilmirəm" sözlərini işlədib. Bu məqamda studiyada hər kəs gülməyə başlayıb. Müğənni Elnar Xəlilov isə bu sözlərdən heyrətə düşüb, bir neçə saniyə əli ilə ağzını tutub.