Lerik rayonu ərazisində zəlzələ olub

23 Aprel 2018 18:14 (UTC+04:00)

Aprelin 23-da Lerikin 29 kilometrliyində 3,1 bal gücündə zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən SİA-ya bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 17:08:07-də qeydə alınıb.

Zəlzələ hiss olunmayıb.