Peskov: "Moskva hadislərə müdaxilə etməyəcək"

23 Aprel 2018 14:50 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Ermənistandakı situasiya ilə bağlı açıqlama verib.

SİA Rusiya KİV-nə istinadən xəbər verir ki, o, rəsmi Moskvanın situasiyadan narahat olduğunu dilə gətirib.

“Kremlin xətti üzrə heç nə deyə bilmərəm. Prezident bir neçə gün əvvəl hökumət rəhbərinə öz təbriklərini göndərmişdi. Ona görə üst səviyyədə ünsiyyət olsa da, hər hansı məsləhətləşmələrin olması barədə heç nə deyə bilmərəm”.

Peskov Moskvanın hadislərə müdaxilə etməyəcəyini də bildirib.