Beynəlxalq kitab və müəllif hüquqları gününə həsr olunmuş sərgi açılıb

23 Aprel 2018 14:26 (UTC+04:00)

Azərbaycan Milli Kitabxanasında 23 aprel – Beynəlxalq kitab və müəllif hüquqları gününə həsr olunmuş kitab sərgisi açılıb.

Kitabxanadan SİA-ya bildirilib ki, sərgidə Azərbaycan və rus dillərində dünya ədəbiyyatı nümunələrindən seçmələr, müəlliflik hüquqları ilə bağlı kitablar və dövri mətbuat materialları sərgilənir.

Sərgi bir həftə davam edəcək.