Goranboyda avtomobil aşıb

22 Aprel 2018 21:20 (UTC+04:00)

Goranboyda avtomobil aşıb, xəsarət alanlar var. APA-nın Qərb bürosunun məlumatına görə, hadisə Goranboy-Qərvənd avtomobil yolunda qeydə alınıb. Hərəkətdə olan minik avtomobilinin aşması nəticəsində sürücü və sərnişin müxtəlif dərəcəli xəsarət alaraq Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir. Faktla bağlı araşdırma aparılır.