“Roma”nın çalışdırıcısı “Çelsi”də baş məşqçi olacaq?

23 Aprel 2018 02:23 (UTC+04:00)

Mövsümün sonunda Antonio Konte ilə yollarını ayırmağa hazırlaşan “Çelsi”də baş məşqçi vəzifəsi üçün daha bir namizəd müəyyənləşib. Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, London klubu “Roma”nın italiyalı çalışdırıcısı Eusebio Di Françesko ilə yaxından maraqlanır. “Zadəganlar” Konteni yayda məhz onun həmvətənlisi ilə əvəzləməyi nəzərdən keçirir.