Türkiyədəki yol qəzasında 10 əsgər yaralanıb

22 Aprel 2018 19:06 (UTC+04:00)

Türkiyənin Manisa şəhərində içərisində əsgərlər olan mikroavtobusla yük maşını toqquşub. Axar.az xəbər verir ki, hadisə nəticəsində ən azı 10 əsgərin yaralandığı bildirilir. Hadisə yerinə çox sayda təcili tibbi yardım maşınları cəlb olunub.