6 nəfər xilas edilib

22 Aprel 2018 17:18 (UTC+04:00)

Göygöl rayonunun Hacıkənd-Tülallar avtomobil yolunda idarəetmədən çıxaraq yol kənarındakı qarlı dərəyə düşən "UAZ" markalı avtomobildə olan şəxslər xilas edilib. SİA-nın Qərb bürosuna istinadən verdiyi məlumata görə, bir müddət qarlı dərədə qalmaq Çıraqlı kənd sakinlərinin səhhəti üçün ciddi bir problem yaratmayıb.

Avtomobilin tara düşdüyü ərazidə qarın hündürlüyü təxminən 1.5 metrdir.