Tovuz rayonunda yanğın olub

22 Aprel 2018 13:16 (UTC+04:00)

Tovuz rayonunda yanğın qeydə alınıb. SİA FHN-ə istinadən xəbər verir ki, Tovuz rayonu, Qazıqulu kəndində ümumi sahəsi 120 m2 olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 50 m2 sahədə yanıb.

Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.