Binəli Yıldırım Novruz Məmmədovu təbrik etdi

22 Aprel 2018 12:14 (UTC+04:00)

Türkiyə baş naziri Binəli Yıldırım Azərbaycanın yeni baş naziri təyin edilən Novruz Məmmədovu təbrik edib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Milli Məclisin baş nazir təyin edilməsinə razılıq verməsindən sonra N.Məmmədova zəng edən B. Yıldırım ona vəzifəsində uğurlar arzulayıb.

B.Yıldırım və N.Məmmədov Türkiyə və Azərbaycanın “İki dövlət, bir millət” anlayışı ilə əməkdaşlığının davam edəcəyini, ikitərəfli münasibətlərin daha da inkişaf edəcəyini vurğulayıblar.